“Mən dedim ki, Makron səhv edir” – İlham Əliyev

saytların hazırlanması

Evə çatdırılma

“Mən dedim ki, Makron səhv edir” – İlham Əliyev

Siyasət

04 Oktyabr 2020 08:08 11853


Prezident İlham Əliyev Suriyadan Azərbaycana muzdluların gətirilməsi ilə bağlı Makronun bəyanatından təəssüfləndiyini bildirib.

“Mən dedim ki, səhv edir. Makron heç bir əsas olmadan bəyanatla çıxış edib. Qoy, Fransa prezidenti bizə sübut versin. Bunlar hamısı sözdür.

Əcnəbi muzdlunun bizdə iştirakına dair heç bir sübut yoxdur. Çünki bizim kifayət qədər insan resursumuz var. Ermənistanın isə buna ehtiyacı var. Onların əhalisi cəmi 2 milyondur. Ona görə də Yaxın Şərqdən insanları cəlb edirlər. Bizdə sübut var ki, orada təkcə etnik ermənilər döyüşmürlər. Biz bizə qarşı ittihamları qətiyyətlə rədd edirik və sübut tələb edirik”, - İ.Əliyev “Əl-Cəzirə”yə müsahibəsində bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!