Kanadada COVİD-19 səbəbilə son 3 gündə 169 kişi həyatını itirib.
Yenisabah.az xəbər verir ki, bu barədə Kanada Federal Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada rəsmi olaraq 476 nəfərin virusdan öldüyü bildirilib. İnfeksiya daşıyıcılarının sayı 3 min 779 nəfər artaraq 19 min 291-ə yüksəlib.
Qeyd edək ki, həyat yoldaşının koronavirus testi pozitiv çıxdıqdan sonra özünü karantin altına alan Kanadanın baş naziri Castin Trudo bu hadisələrlə əlaqədar bir aydan sonra ilk dəfə federal parlament binasında iclasa qatılıb. O, iclas zamanı kanadalılardan evdə qalmağı tələb edib: "Vətəndaşların evdə qalmasını istədiyimiz üçün evdən işləməyə davam edəcəm. Lakin mühim məsələlər və stratejik görüşlər üçün evdən çıxmaq lazım olarsa, bütün tədbirlərə əməl edərək evdən çıxacam". pizza mizza
Sayad Həsənli
Telegram kanalımız