Space telekanalındakı "Sadə həqiqətlər" verilişinin qonağı Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov olub.
"Yeni Sabah" xəbər verir ki, veriliş zamanı keçmiş dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı debatdan danışıb.
Ayaz Mütəllibov deyib ki, İlham Əliyevlə fəxr edir: "İlham Əliyevin Paşinyanı susdurması əslində qələbədir. Müzakirələr zamanı Prezidentin davranışı məni həyəcanlandırdı. Mən fəxr edirəm ki, Azərbaycanda belə bir şəxsiyyət var".
Verilişin videosunu təqdim edirik:
https://youtu.be/_s0eTq3BO7I Telegram kanalımız