“Mən iqtidarın içindəki qruplardan çoxdan danışıram” – Erkin Qədirli

saytların hazırlanması

Evə çatdırılma

“Mən iqtidarın içindəki qruplardan çoxdan danışıram” – Erkin Qədirli

Siyasət

06 Aprel 2019 22:40 1105


Respublikaçı Alternativ Partiyasının xarici əlaqələr katibi Erkin Qədirli keçmiş dəfir Arif Məmmədovun ittihamlarına cavab verib.

“Yeni Sabah” xəbər verir ki, A. Məmmədov ReAL rəhbərliyinin Avropaya səfəri zamanı prezident İlham Əliyevi təbliğ etdiyini bildirib. E. Qədirli ittihamlara cavab olaraq bildirib ki, Arif Məmmədov hansısa "məlumatlı dostuna" istinadən bir yazı paylaşıb. “Orada doğru olan yalnız bir cümlə var” deyən Qədirli  bildirib ki, ReAl doğrudan da AB ilə Azərbaycan arasında bağlanması gözlənilən anlaşmaya müsbət baxır və anlaşmanın baş tutmasını istəyir. 

“Bunu açıq görüşlərdə də deyirik, qapalı görüşlərdə də. Mən həqiqətpərəst deyiləm, həqiqəti hər şeydən üstün tutmuram. Həqiqətin yersiz və ziyanlı ola bildiyini çox görmüşəm. Peşəm də həqiqətpərəst olmamağımı tələb edir. Hüquqda həqiqət hər şeydən üstün tutulsaydı, bir çox sirrlər qanunla qorunmazdı. Nəhayət, qanacaq deyilən bir şey də var. Amma mənə, özəlliklə də ReAla hücumlar olanda, mən ancaq həqiqətlə müdafiə olunuram. Marqarita pizza

Arif Məmmədov görüşdüyü adamın adını yazmadı. Mənsə görüşdüyümüz adamların adlarını yazıram”.

E. Qədirli Avropada görüşdüyü şəxslərin siyahısını yazıb və davam edib: “Mən açıq oynayıram, səmimiyəm. Arif Məmmədov isə anonimlik edir. Sözünə və adına önəm verirsə, görüşdüyü adamın adını açıqlasın. ReAl-ın İdarə Heyətinin üzvü Rəsul Cəfərov hələ Brüsseldədir, onunla görüşsün, ya da yazışsın, görək kimdir o adam və dediyini haradan götürüb. Elə bir adam doğrudan varsa, yəni, Arif Məmmədov onu da uydurmayıbsa, deməli, o da yalan danışır. Arif Məmmədovun yazdıqları yalandır”.

E. Qədirli deyib ki, iqtidarın içindəki qruplar, aralarındakı qarşıdurmalar, orada "köhnə - yeni" nəsil qarşıdurması haqqında mən çoxdan danışır və yazıram: “Öz səhifəmdə bu haqda dəfələrlə oxumusunuz. Açıq bildirdiyim fikirlərimi anonim dostundan gizli məlumat kimi aldığını iddia edən Arif Məmmədov havaydan özünü yormasın. Buradan "ReAl İlham Əliyevin islahatlarını təbliğ edir" nəticəsi hasil olmur, ola da bilməz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!