İrəvanla Bakı arasında münasibətlərdə irəliləyişin şahidi oldum - ATƏT sədri

saytların hazırlanması

Evə çatdırılma

İrəvanla Bakı arasında münasibətlərdə irəliləyişin şahidi oldum - ATƏT sədri

Dünya

04 Dekabr 2025 16:02 549


ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyiş qeydə alıb.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bu barədə Valtonen ATƏT xarici işlər nazirlərinin görüşü zamanı bildirib.

O deyib: "Mən Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqustda Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupunun infrastrukturunun bağlanması ilə bağlı konsensus əldə etdik". Dördpendirli pizza

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Minsk qrupunun və onun infrastrukturunun bağlanması həm də ATƏT-in büdcəsinin təsdiqinə əsas maneənin aradan qaldırılmasına kömək edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!