“Mən nə bilim, telefona çəkməyəcək?” – Röya Ayxan 

saytların hazırlanması

Evə çatdırılma

“Mən nə bilim, telefona çəkməyəcək?” – Röya Ayxan 

Şou

14 Aprel 2021 07:20 1005


“İndi həyatımda oğlum var. İnsanlar başa düşmürlər ki, hər adamla oturub-durmaq çox çətindir. Mənim kimi adamla lap çətindir. Mən nə bilim, sabah haqqımda nə danışacaq, telefona çəkməyəcək? Populyar olduqca tənhalaşdıq”.

Bu sözləri “ATV maqazin onlarla” verilişində qonaq olan Xalq artisti Röya Ayxan deyib. O, keçmiş həyat yoldaşından ayrılan zaman maddi problem yaşadığını bildirib:

“Həyat yoldaşımdan ayrılanda iki-üç il böyük problem yaşadıq. Hazırda o məsələyə qayıtmaq istəmirəm. Çox şükür, indi hər şey yaxşıdır. Bəzi sıxıntılardan qurtarmaq üçün bir çox şeyləri satdım. İşləyib, onu yerinə qoymalı idim”. Sezar pizza

Röya Ayxan qalmaqal yaşadığı həmkarı Nigar Camal ilə münasibətindən də danışıb: “O, dəli qızdır. Xarakterini tanıdığıma görə küsə də bilmirəm. Düşünürəm ki, bəzi səbəblər olub, mənə deyə bilməyib. Sonra konsertlərin birində dedik-güldük. Mən gözəl küslülüyü xoşlayıram. Arxasınca iş çevirməyəcəksən”. \Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!