Mənzurə Musayeva "ATV" kanalında "Rəngarəng səhər" verilişində gözlənilməz hadisə ilə üzləşib.
Yenisabah.az Azxeber-ə istinadla xəbər verir ki, müğənninin "keçmiş ərimdir" dediyi Vaqif adlı şəxs studiyaya telefonla bağlanaraq iddiaları təkzib edib:
"Ona reklam lazımdırsa, getsin reklamını eləsin. Adımı niyə hallandırır? Yalan deyir, əri olmamışam! Heç onu tanımıram da. Gözünün içinə kimi yalan deyir. Hər yerdə adımı verir, məni narahat edir. Məndən əl çəkmir. Mahnı oxuya bilirsə, oxusun, oxumursa, reklam eləməsin özünü. Bu xanımı ekrana buraxırsız, danışdırırsınız. Mənim adımı çəkməsin. Onun işi gücü yoxdur, məni narahat etməsin.Heç vaxt nə nikahımız olub, nə də ailəli olmuşuq. Hər şeyi yalan danışır". Sezar pizza
Mənzurə Musayeva isə deyilənləri qəbul etməyərək:
"7 il ailəli olmuşuq. İndi məni danırsan? Heç olmasa o illərə hörmətin olsun" sözlərini deyib.
Telegram kanalımız