“Mən Ramiz Mehdiyevin adamı deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

“Mən Ramiz Mehdiyevin adamı deyiləm”

Siyasət

20 May 2020 09:39 2013


Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli onun Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin kadrı olması barədə iddialara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, iddiaların əsası yoxdur.

“Tahir Kərimli heç kəsin kadrı ola bilməz. Deputat mandatından bir anın içərisində imtina edə bilən insanam. Təbii ki, Ramiz Mehdiyevlə hamı kimi mən də tədbirlərdə görüşmüşəm. Kiminsə adamı deyiləm, ola da bilmərəm. Məni xalq seçib, dövlətə, Prezidentə təşəkkür edirəm ki, seçkinin nəticələrini tanıyıb. Müxalifət deyir ki, Tahir Kərimli Milli Məclisdə niyə oturub? Özləri 10 il deputat olublar... Kiminsə haqqını tapdamamışam, başqa namizədin səsini mənə yazmayıblar... İndi dövlətə deyim ki, haqqımı niyə tanımısan? Gərək parlamentə buraxmayaydılar? Bu və ya digər qəribə fikirlər səsləndirirlər...” – T.Kərimli qeyd edib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!