“Mən sizə arxalanıram” - Amar Qasımov seçicilərə səsləndi

saytların hazırlanması

Evə çatdırılma

“Mən sizə arxalanıram” - Amar Qasımov seçicilərə səsləndi

Siyasət

01 Fevral 2020 12:15 2062


Fevralı 9-da Milli Məclisə seçkilərlə paralel olaraq Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə də seçkilər keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, Ali Məclisə namizədlərdən biri Naxçıvan Dövlət Universitetinin müəllimi Amar Qasımovdur. O, Naxçıvan MR 15 saylı Qarabağlar seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 

Qasımov Amar Dağbəyi oğlu 1982-ci ildə Şərur rayon Qarabağlar kəndində anadan olub. 2000-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin mühasibat uçotu və audit ixtisasını bakalavr dərəcəsi üzrə, 2004-2006-cı illərdə isə həmin ixtisası magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.  pizza mizza

2006-2007-ci illərdə hərbi xidmətdə olub. Ehtiyatda olan zabitdir. 

2008-2016-cı illərdə müxtəlif dövlət qurumlarında çalışıb. Kiçik dövlət qulluqçusudur. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakultəsinin mühasibat uçotu və maliyyə kafedrasının müəllimidir. Naxçıvan Dövlət Universitetinin dissertantı olan Amar Qasımov beş elmi məqalənin müəllifidir. 

“Bu sağlam mühitdə sağlam düşüncə və bacarıqla xalqın yanında xidmət etmək baxımından vicdanlı, öz vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək gənc kadrlara ehtiyac hər zaman yaranır. Məndə bu fikirlərin daşıyıcısı olaraq Cənab Prezidentimizin islahatlarından güc alaraq dövlətimə, millətimə, xalqıma layiqli xidmət etmək üçün 15 saylı Qarabağlar seçki dairəsindən Naxçıvan MR Ali məclisinə seçkilərə namizədəm.

Atalar “Elə arxalanan igidin, arxası yerə dəyməz” deyiblər. Mən də Sizə arxalanıram və Sizləri 9 fevral 2020-ci ildə Muxtar Respublikamızda keçiriləcək Ali məclisə deptatlıq seçkilərində fəal olmağa, Amar Dağbəyi oğlu Qasımova səs verməyə çağırıram. Bu dəfə özünüz seçin!”, - deyə Amar Qasımov seçicilərinə xitabən bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!