“Mən təqaüd yaşından...” - Həbib karyearsını bitirir?

saytların hazırlanması

Evə çatdırılma

“Mən təqaüd yaşından...” - Həbib karyearsını bitirir?

İdman

15 Yanvar 2020 13:38 1068


Yüngül çəkidə UFC üzrə dünya çempionu Həbib Nurməhəmmədovun karyerasını bitirəcəyi ilə bağlı şaiələr yayılıb.

“Yeni Sabah” Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı idmançı bununla bağlı açıqlama verib. Rusiyalı çempion hələ belə bir şey düşünmədiyini söyləyib:

“Gələcək barədə düşünmürəm. Aprelə qədər hazırlaşmalıyam. Mübarizə aparmalı və bu döyüşü qazanmalıyam. Güclü bir rəqibə qarşı döyüşəcəyəm. Ona görə də hələ ki, yalnız bu barədə fikirləşirəm. Döyüşdən sonra isə dediyiniz barədə düşünəcəyəm. Amma mənim hələ 31 yaşım var. Özümü çox yaxşı və gümrah hiss edirəm. İdmançı karyerası üçün gözəl yaşdır. Ancaq mən təqaüd yaşından çox uzağam. Həmişə mübarizə aparmağım üçün bir səbəbim olacaq – O da pul”. pizza hut

Qeyd edək ki, rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla amerikalı ciu-citsu ustası Toni Ferqyuson arasında qarşılaşma 2020-ci il aрrelin 18-də ABŞ-ın Nyu Nork şəhərində keçiriləcək. Hər ikis idmançı UFC-nin yüngül çəkidə reytinqinə başçılıq edirlər. Həbib çemрionluğa məhz Tonidən sonra yiyələnib. 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!