Xalq artisti Flora Kərimova ərinin vəfatı barədə danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun sirri” proqramının qonağı olan sənətçi həyat yoldaşının ölümünü öncədən hiss etdiyini deyib:
“Qızımın atası rəhmətə gedəndə hər şey dəyişdi. Bir var ki, hər şey maddi dəyişə, bir də var ki, yetim qalasan. Mən bir xadimə xanımın övladının toyuna dəvət aldım. O toyda iştirak etdim. Amma ürəyim çox narahat idi. Sonra dedim ki, burada qala bilmirəm, çox narahatam. Evə gəldim. Köməkçim Yaquta soruşdum ki, Faiqdən xəbər var? Faiq rayona dostunun qızının nişanına getmişdi. Daha sonra Zümrüdün bibisi zəng vurdu. Dedi, Flora, başımıza daş düşdü. Soruşdum ki, öldü? Dedilər: “Hə”. Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız