“Mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə...” - İqtisadçı Səfər Mehdiyevi   “yıxıb-sürüdü”

saytların hazırlanması

Evə çatdırılma

“Mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə...” - İqtisadçı Səfər Mehdiyevi “yıxıb-sürüdü”

İqtisadiyyat

11 Dekabr 2021 17:29 16314


"Mən deyəndə ki, Gömrük Komitəsinin əsas problemi bu işin fəlsəfəsini bilməməkdir – məni qıyayanlar tapılırdı, hər şeyi bəsit pul hərisliyi ilə izah etməyə çalışırdılar. Məsələ tək pul qazanmaq hərisliyi deyil, doğrudan da, bu adamlar Gömrük nədir, niyə yaranıb, necə işləməlidir – bu məsələlərdən bixəbərdilər, hətta Gömrük işçilərinin nədən rütbəli olduqlarını belə bilmirlər, düşünürlər ki, Gömrük orqanları cəzalandırma orqanıdır".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Ekspert Gömrük Komitəsinin sədrinin son günlərdə mətbuatda yer alan qalmaqallı açıqlamalarına münasibət bildirib.  pizza hut

"Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev keçən il qəbul edilən məntiqsiz, mənasız bir qərara – vətəndaşların 1000 dollara qədər xaricdən aylıq mal sifarişi haqqını 300 dollara nədən endirdikləri ilə bağlı şərh verib, sitat: “İşbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü”.

Hörmətli Səfər müəllim, soveti çox yaşamamısınız, amma sovet düşüncəsi canınızdan çıxmayıb, “işbaz” sözü əla sözdü, işini sevən, iş görmək istəyən deməkdir. Kimsə pul qazanmaq istəyirsə onun qarşısını mənasız, məntiqsiz qərarlarla, sovet-kolxoz təfəkkürü ilə almaqdansa, vətəndaşlara şərait yaratmaq lazımdır ki, həm özləri qazansın, həm də dövlətə vergi-rüsum versin. Gömrük Komitəsinin iş fəlsəfəsi daxili istehsalçını qorumaq, daxili istehsalçıya dəstək olmaq, ölkədə iqtisadi aktivliyin artmasına, işsizliyin azalmasına yardımçı olmaqdır. Vətəndaşlar xaricdən sifariş etdikləri məhsullar daxildə istehsal olunurmi?! Yox, olunmur. Vətəndaş bu sifarişləri pul qazanmaq üşün edirsə, bu qəbahətdirmi, cinayətdirmi?! Yox, deyil. Vətəndaşlar özləri pul qazanırsa, bu dövlətin sosial yükünü azaldırmı?! Bəli, azaldır", - deyə N.Cəfərli Səfər Mehdiyevi tənqid edib. 

İqtisadçı bildirib ki, Gömrük Komitəsi bu işin fəlsəfəsini bilsə, şəxsi maraqlarını kənara qoysa, tam tərsini etməli idi:

"Yaxşı, Gömrük Komitəsi kolxoz təfəkkürünü kənara qoysa, bu vəziyyətdə nə etməli, normalda hansı təşəbbüslə çıxış etməli idi?! Gömrük Orqanı bu işin fəlsəfəsini bilsə, şəxsi maraqlarını kənara qoysa, tam tərsi, fiziki şəxslərin aylıq mal sifarişi limitini 300 yox, 3000 dollara qədər artırılmasını dəstəkləməli, dövriyyədən rüsum və vergi tutulmasını təklif etməli idi. Məsələn, Əbdül dayı, və ya Məsmə xala ayda 3000 dollarlıq mal sifariş edir, bu zaman dövriyyədən 5% rüsum, 5% də vergi ödəyir, başqa bütün növ ödənişlərdən azad edilir".

"Beləliklə, 3000 dollara 300 dollar dövlətə xeyir verən Əbdül dayı, Məsmə xala gətirdiyi malı sataraq həm özü qazanır, deməli dövlətin sosial yükünü azaldır, həm daha ucuz qiymətlərlə bazara çıxaraq rəqabət yaradır, qiymətlərin ucuzlaşmasına səbəb olur, həm də dövlətə xeyir verir, rüsum-vergi ödəyir. Bu yolla minlərlə vətəndaş özü-özünü dolandırır, böyük, məmurlara bağlı şırkətlər də özünə çəki-düzən verib qiyməti şişirtmirlər, rəqabət artır, beləliklə də bütün ölkə vətəndaşları qazanır.

Bu sadə məntiqi anlamaq üçün Gömrük Komitəsə pulsuz-parasız mühazirələr deməyə hazıram. Sovet buralardan çıxsa da, bəzi qurum və məmurların canından sovet hələ çıxamayıb...", - deyə Natiq Cəfərli vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir
    Hörmətli ekspert bazardakı Məsmə xala kimi danışır! Dövriyyədən gömrük rüsumları tutulması!
    4 years ago
  • Шахин
    O hələ rüşvətxor axtarır.
    4 years ago
  • Abdullah
    Bir kəndin yetirmələri. Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum-əqrabasının SİYAHISI. 1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur” 2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz 3. Səfər Mehdiyevin köməkcisi Rəşad. (yaxin qohumudur) 4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Iki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir. 5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur. 6. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir. 7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət göstərir. 8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor. 9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir. 10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır. 11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir. 12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu. 13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu. 14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu. 15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir. 16. Bacanağı Həsən Dövlət Kömrük Qozpitalında işləyir. 17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir. 18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir. 19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır. 20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir. 21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir. 22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir 23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücüdə gömrükdə işləyir) 24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir. 25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor 26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. "Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.
    4 years ago
  • İlham
    Bizim vergi və gömrük qanunvericiliyimz büdcəni yalnız və yalnız xalqın hesabına doldurmağa yönəlib.
    4 years ago
  • Şəmsəddin
    Cox aydın və sadə bir açıqlama.
    4 years ago