“Məndə Paşinyanın ailəsi haqda elə faktlar var ki...“   - Sarkisyandan sensasion açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Məndə Paşinyanın ailəsi haqda elə faktlar var ki...“ - Sarkisyandan sensasion açıqlama

Rəsmi

09 İyun 2021 09:56 992


Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın onun haqqında səsləndirdiyi ittihamı rədd edib.

Yenisabah.az-ın məlumatına görə, Paşinyan Sarkisyanın ordudan oğurlanan pullları Monte Karlo qumarxanasında uduzduğunu bildirmişdi.

Paşinyan "Sarkisyan əsgərlərdən oğurlanan milyonları Monte Karlo kazinosunda uduzanda özünü güllələyərdi" söyləmişdi. Sezar pizza

Sarkisyan prezidentliyi illərində daim “kazino oyunçusu” ittihamı ilə üzləşdiyini xatırladıb və qəzəbini boğa bilməyib.

O, Nikol Paşinyana 24 saat vaxt verib:

“Mən o vaxt cavab vermədim, çünki prezident idim. Ancaq Paşinyan artıq çox uzağa getdi. İllərdir yalan məlumatlar yayırlar. O (Nikol Paşinyan - red.) yenə boş-boş danışır. Bu əxlaqsız tipə 24 saat vaxt verirəm: ya  faktları təqdim edəcək ya da özü və ailəsi haqqında elə faktları dərc etdirəcəyəm ki, cəmiyyət üzünə tüpürəcək”.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki kampaniyası rəsmi olaraq 7 İyunda başlayıb. Kampaniya dövründə partiya liderləri bir-birinin ünvanına kəskin ittihamlar səsləndirilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!