“Mənə deyirdilər ki, Şuşa işğaldadır, niyə oxuyursan?“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Mənə deyirdilər ki, Şuşa işğaldadır, niyə oxuyursan?“ - Xalq artisti

Şou

10 Noyabr 2020 12:00 964


“Şuşanın dağları” mahnısına nəfəs, ruh verən, onu yaradan Xan Şuşinski olub. Nə yaxşı ki, o mahnını oxudum. Məni qınayanlar da oldu ki, Şuşa işğal altındadır, niyə ifa etmisən?”

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Teleqrafşcom-a müsahibəsi zamanı deyib.

Müğənni Şuşanın alınacağına hər zaman bir ümidinin olduğunu bildirib:  pizza hut

“Mənə son günlər "Şuşanın dağları" mahnısına görə çoxlu zənglər gəlir. Allahdan Xan Şuşinskiyə rəhmət diləyirəm. Nə yaxşı ki, bu mahnını oxuyub, biz də bu gün "Şuşanın dağları" mahnısını sevə-sevə ifa edirik. Əvvəl Şuşanın azad olması üçün oxuyurdum, indi isə azad edildiyi üçün oxuyacağam. Mən Şuşa şəhərinin tezliklə xilas ediləcəyinə inanırdım. Prezidentimizə, xalqımıza, Ordumuza güvənirdim ki, Şuşamızı azad edəcəklər. Və bu gün həmin gündür. Həmişə arzu edirdim ki, zaman gələcək və "Şuşanın dağları" mahnısını Şuşada ifa edəcəm. Daxilimdə yanğı və həsrət var idi. İndi məğrur, başım dik, alnım açıqdır. İnşallah Şuşada oxumağı Allah qismət edər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!