“Mənə etimad göstərmirdi” - “Qarabağ”dan ayrılan əcnəbi Qurbanovdan gileyləndi

saytların hazırlanması

Evə çatdırılma

“Mənə etimad göstərmirdi” - “Qarabağ”dan ayrılan əcnəbi Qurbanovdan gileyləndi

İdman

09 Yanvar 2020 12:12 1076


"Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibə verib.

“Yeni Sabah” “Trud” nəşrinə istinadən xəbər verir ki, hazırda “Levski”də çıxış edən futbolçu “Qarabağ”da heyətə düşə bilməməsindən danışıb:

"Qarabağ"dakı birinci mövsümümdə hər şey yaxşı idi. Mən daimi oynayırdım. Lakin ikinci mövsümdə vəziyyət dəyişdi. Baş məşqçi mənə etimad göstərməməyə başladı. Yüz faiz məşq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim.  Dördpendirli pizza

Amma indi “Levski”nin heyətində toparlanacağam. Yaxşı vəziyyətdə olmaq üçün bacardığım hər şeyi edəyəcəm. Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir cəhət hamısı üçün xarakterikdir: onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Legionerlər arxa planda qalırdı. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər”.

Qeyd edək ki, 2018-2019-cu illərdə Ağdam klubunda çıxış edən Slavçev dekabrda  ayrılaraq "Levski"yə keçib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!