“Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib“ - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib“ - Prezident

Siyasət

31 Mart 2020 18:17 813


"Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə bu sahədə daha dəqiq statistika aparılmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edildiyini qeyd edib: "Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq. Dominos pizza

O cümlədən sahibkarlara dəstək fondu hesabına o sahələrə vəsait kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda bizim ixracımız və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan mallara xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. Ona görə də bu istiqamətlər üzrə İqtisadiyyat Nazirliyi fəal işləyir və bu işləri davam etdirir. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək və mən buna şübhə etmirəm, bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!