“Mənə təzyiq edə bilməzlər, nəyisə xahiş edərlər” - Razi Nurullayev

saytların hazırlanması

Evə çatdırılma

“Mənə təzyiq edə bilməzlər, nəyisə xahiş edərlər” - Razi Nurullayev

Siyasət

06 Avqust 2020 18:02 2055


“Heç yerdə təzyiqə məruz qaldığımı bildirmişəm. Yanlış məlumatdır. Mən sadəcə təzyiqlərə məruz qala biləcəyimi demişdim. Amma mənə nə təzyiq göstəriləcək ki? Deputatam, azad insanam və fikrimi bildirmişəm. Kimlərsə məndən xahiş edə bilər. Deyə bilərlər ki, filan fikri səsləndirmə. Bu kimi etirazlar anlaşılandır, amma kiminsə mənə nəyisə qadağan etməsi kimi bir şey yoxdur. Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı mənə irad bildirilməyib”.

Bu sözləri millət vəkili Razi Nurullayev Yenisabah.az-a açıqlamasında deyib. Deputat təzyiqə məruz qalmasıyla bağlı yayılan məlumatların əsassız olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Milli Məclisin iclasında deputat Razi Nurullayev TƏBİB və Operativ Qərargahı sərt şəkildə tənqid edib. Millət vəkili çıxışı zamanı  problemləri dilə gətirdiyi üçün təzyiqlərə məruz qala biləcəyini də diqqətə çatdırıb: Dominos pizza

“Söz verirəm ki, sabaha kimi müqavimətim qırılmasa, təzyiqlərə, edilən telefon zənglərinə tab gətirə bilsəm, bir-iki faktı da araşdırıb, onların hamısının adını bir-bir bu tribunadan açıqlayacağam”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!