“Mənə “türk“ deyəndə, bunu təhqir saymıram“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Mənə “türk“ deyəndə, bunu təhqir saymıram“ - Paşinyan

Rəsmi

12 Dekabr 2022 12:49 1118


"Məni təhqir etmək üçün "türk" adlandırmağa meylli insanlara demək istəyirəm ki, onlar məni əsla təhqir etmirlər, çünki bunu təhqir kimi qəbul etmirəm".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O əlavə edib ki, Ermənistanda kimisə sərt formada təhqir etmək üçün ona türk deyirlər. Bu qəbuledilməzdir. "Bir çox məlum hallara görə, mən tez-tez belə rəftarla "mükafatlandırıldım"". Marqarita pizza

Paşinyan xalqların pislənməsinə səbəb və onlar arasında düşmənçiliyin dərinləşməsi platformasına çevrilməsini istəmədiyini bildirib.

Onun fikrincə, regionda düşmənçilik nəzarət altına alınmalıdır və bu, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan nifrət sözünün idarə edilməsindən başlamalıdır.

“Biz Ermənistanda siyasi rəqibləri və ya rəqibləri təhqir etmək üçün başqa millətin adından istifadə etməyi dayandırmalıyıq. Biz bu reallıqları dəyişməliyik. Azərbaycanda da kiməsə "erməni" deyirlər, incitməyə çalışırlar. Hesab edirəm ki, hökumət səviyyəsində bu reallıqlarla razı olmadığımızı söyləməliyik”, - Ermənistanın baş naziri əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!