“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Mənə zəng edib dedilər ki, istefa ver”- Rəşad Sadıqov

İdman

27 May 2025 15:07 432


“Mənə zəng edib dedilər ki, istefa ver. Mən özüm yığmadan getməmişəm”.

Yenisabah.az xəbər verir ki, bunu “İdman TV”nin “Sportcast” verilişində qonaq olan “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

O, 2018-ci ildə Azərbaycan U-21 yığmasından ayrılmasından danışıb: “Onlardan bunun səbəbini soruşdum. Çünki cəmi 20 gün qabaq oturub danışmışdıq. Qarşıma hədəflər qoyulmuşdu, qrupda ikinci yeri tutmaq istəyirdik. Amma sonra bu cür oldu və səbəbini bilməli idim. Onsuz da orada qalmayacaqdım, çünki istənilməyən yerdə qalmaq kimi fikrim olmayıb heç vaxt. Dominos pizza

Sadəcə maraqlı idi ki, niyə istefamı istəyirlər. Səbəblərini soruşanda isə tutarsız şeylər dedilər, müxtəlif söhbətlər oldu. Yəni dediyim kimi mən özüm ayrılmadım. Ümumiyyətlə, həmin vaxt çox şey etmək olardı. Millidə yaxşı heyət var idi. Amma biz getdik, həmin futbolçular itib batdı. Yalnız Qurban Qurbanovun rəhbərliyi altında oynayan Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Musa Qurbanlı inkişaf edə bildi. Qalanları isə yoxa çıxdı. Ən azı 7-8 il itirdik”. (“Qafqazinfo”)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!