“Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər”

saytların hazırlanması

Evə çatdırılma

“Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər”

Kriminal

13 Noyabr 2021 08:49 1467


İctimai fəal Bəxtiyar Hacıyev bir neçə saat Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.

Bu barədə onun özü Turana deyib.

“Mən saxlanılmamışam. Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər. Dəvət edilməyim Daxili İşlər Nazirliyində şikayətlərimin araşdırılmaması ilə bağlı idi. Araşdırırlar ki, kimdən şikayət edirəm. Mən də dedim ki, şikayərtlərimin heç birini araşdırmayıblar. Dedim həmin şəxsləri himayə edirlər. İndi dedilər ki, onlar həmin şəxləri himayə etmirlər. Təkrar müraciət edim, araşdıracaqlar və nəticəsində görəcəm ki, həmin adamları himayə etmirlər,” o qeyd edib. Dördpendirli pizza

İctimai fəalın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməsi sosial şəbəkələrdə daxili işlər nazirninin ünvanına kəskin tənqidi fikirlər yazdığından sonraya təsadüf edir.

Hacıyev bir neçə gün öncə ona qarşı təhqirlərə etiraz olaraq Prezident Administrasiyasının binası qarşısında intihara cəhd edib. Bu zaman polis əməkdaşları intihara cəhdin qarşısını alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!