“Məni kimsə buradan çıxara bilməz” - Sedat Peker iddiaya cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

“Məni kimsə buradan çıxara bilməz” - Sedat Peker iddiaya cavab verdi

Kriminal

28 Avqust 2021 21:35 2732


Milyonlarla insanın izlədiyi Yutub videolarının yayımına son qoyub fəaliyyətini Tvitterdə davam etdirən “mütəşəkkil cinayətkar təşkilatın lideri” olmaq ittihamıyla axtarışda olan Sedat Peker özü ilə bağlı bəzi iddialara cavab verib.

Yenisabah.az xəbər verir ki, o, BƏƏ-yə qaçması ilə bağlı irəli sürülən iddianı təkzib edib.

Sedat Peker “15 iyul dövlət çevrilişinə cəhdi BƏƏ maliyyələşdirdi, Sedat Peker bu səbəbdən ora qaçdı” iddiasının doğru saymayıb, buna görə ondan üzr istənilməli olduğunu deyib. Dominos pizza

“BƏƏ-də bir iqamətgahım var, əleyhimə verilən heç bir “qırmızı xəbərdarlıq” qərarı yoxdur, beynəlxalq hüquqa görə, heç bir dövlət məni olduğum ölkədən çıxara bilməz.”15 iyul hadisələrini BƏƏ maliyyələşdirmişdi, Sedat Peker də buna görə ora qaçdı”, deyən jurnalistlər və siyasətçilər bu sözlərə görə məndən üzr istəməlidirlər”, - Peker bildirib.

O, yaşadığı ölkədən alınacağından qorxmadığını söyləyib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!