“Məni narkotikə həmin qadın öyrəşdirdi” - Xose Bernardo

saytların hazırlanması

Evə çatdırılma

“Məni narkotikə həmin qadın öyrəşdirdi” - Xose Bernardo

Şou

22 Yanvar 2025 15:51 857


Aktyor və aparıcı Xose Bernardo narkotik aludəçisi olmasından danışıb.

Yenisabah.az xəbər verir ki, "Baku TV"yə bu haqda müsahibə verən Xose bir qadının onu narkotikə öyrəşdirdiyini etiraf edib:

"Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Xanımlar kişiləri nə qədər xoşbəxt edirsə, bir o qədər də bədbəxt edir. Yanımda bir qadın narkotik istifadə edirdi. Nə vaxtsa elə bir vəziyyət yarandı ki, mən də onlardan istifadə etməyə başladım. Bu qadınla üç ay yaşadım və sonra aludə olduğumu başa düşdüm. Marqarita pizza

Bunun pis bir yol olduğunu bilirdim, lakin insan sağlam düşüncədən məhrum olduğu anda bütün vəziyyəti dərk etmir".

Xose bildirib ki, bir çox dostu onun narkotik aludəçisi olduğunu biləndən sonra onunla əlaqəni kəsib.

Bernardonun sözlərinə görə, ailə üzvləri onun narkotik aludəçisi olduğunu etiraf etməsinə pis reaksiya verib:

"Onlar məndən bunu gözləmirdilər. Amma o dövrdə başa düşdüm ki, həm çətin, həm də yaxşı anlarda mənə dəstək olmağa hazır olan ailəmdir. Sonra bir neçə müalicə kursu keçdim. Beş il narkotikdən istifadə etdim. Son bir ildə anladım ki, bu yolu davam etdirənlər ya həbsdədir, ya da ölüdür. Başa düşdüm ki, uçuruma doğru gedirəm. Narkomaniyaya görə karyeramın ən yaxşı illərini, gözəl dostları, ailəmin etibarını itirdim".

Aparıcı əlavə edib ki, uzun müddətdir müalicə alıb və narkotik istifadə etmir./axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!