“Əfqanıstanda sülhün bərqərar edilməsi Pakistanın əlindədir”.
Yenisabah.az “Spiegel”ə istinadla xəbər verir ki, bunu Əfqanıstan prezidenti Əşrəf Qəni bildirib. Onun sözlərinə görə, ABŞ öz mənafelərini əsas götürərək qoşunlarının Əfqanıstandan çıxarılmasına dair strateji bir qərar verib. “Mən bu qərara hörmət edirəm, çünki qəzəb, küskünlük və ümidsizlik ifadə etmək faydasızdır. Yanaşmanı dəyişdirərək iki ölkə arasındakı gələcək tərəfdaşlıq haqqında düşünməyin vaxtı gəlib”.
Əşrəf Qəni ölkədəki böhranın böyüməsindən narahatlığını və bunun qarşısını alma yolları barədə danışıb. “Əvvəllər də bu ssenarini proqnozlaşdırırdıq, lakin keçmişdə vəziyyət birmənalı deyildi. Artıq Əfqanıstan hökuməti özünü qorumağa hazırdır. ABŞ qoşunlarının çıxarılmasından sonra ölkənin vətəndaş müharibəsi durumuna qayıdacağı mütləq deyil. Amma ölkədə sülh regional konsensusdan asılıdır və bunun üçün hər şeydən əvvəl Pakistanın əməkdaşlığı gərəkdir”. Dominos pizza
Prezident ABŞ-ın indi Əfqanıstan sülh prosesində kiçik bir rola sahib olduğunu, Əfqanıstanda sülh və ya düşmənçilik məsələsinin Pakistanın əlində olduğunu etiraf edib. “Pakistanda “Taliban”ın mütəşəkkil dəstək sistemi işləyir. “Taliban” oradan təchizat alır, maliyyəsi də oradan gəlir. Pişəvər “Taliban” qərargahının yerləşdiyi Pakistan şəhəridir. Aropa Pakistanı vacib qərarlar qəbul etməyə məcbur və imtina təqdirində, ona qarşı sanksiyalar tətbiq etməlidir”.
Əşrəf Qəni ABŞ qoşunlarının gedişindən sonra təhdid oluna biləcəyinə dair ehtimala belə münasibət bildirib: “Məni ölümdən sadəcə bir güllə ayırır. Dünyadakı heç bir güc indi məni təyyarəyə minməyə və bu ölkəni tərk etməyə inandıra bilməz”.
Telegram kanalımız