“Mənim adımdan yanlış informasiya yayıblar” - Vahid Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Mənim adımdan yanlış informasiya yayıblar” - Vahid Əhmədov

Siyasət

20 Avqust 2020 01:37 1693


"Milli Məclisdə uşaqpulu ilə bağlı komissiyanın yaradılması xəbərindən məlumatım yoxdur. Bəzi saytlar mənim adımdan yanlış informasiya yayıblar".

Yenisabah.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

"Sadəcə mənə usaqpulu ilə bağlı komissiyanın yaradılması barədə sual verdilər. Mən də xəbərsiz olduğumu, mətbuatda bu barədə məlumat oxuduğumu bildirdim",- deyə parlamentari əlavə edib. Dominos pizza

Vahid Əhmədov bu məsələnin gündəmdən düşmədiyini də vurğulayıb:

"Bu məsələ onsuz da gündəmdədir. Gündəmdən çıxarılmayıb. Milli Məclisin deputatları mütəmadi olaraq bu məsələyə toxunurlar. Amma Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bununla bağlı arqumentləri var. Sanballı arqumentlərdir. Bizim arqumentimiz isə odur ki, uşaqpulu məsələsində kimin neçə uşağının olduğu bəllidir. Nə qədər vəsait veriləcəksə, birbaşa ora gedəcək. Eyni zamanda, ünvanlı sosial yardımlarda və digər müavinlərdə müəyyən problemlər yaranır. Vətəndaşlar bu barədə bizə şikayətlər edirlər və sairə"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!