“Mənim adımla...” - Rəqsanə onlara   XƏBƏRDALIQ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

“Mənim adımla...” - Rəqsanə onlara XƏBƏRDALIQ ETDİ

Şou

23 Noyabr 2025 18:18 3430


“Bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar”.

"Yeni Sabah" xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım yazıb.

O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq: pizza mizza

“Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”.

Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.

Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!