“Mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin”   – O qadını siz də tanıyın

saytların hazırlanması

Evə çatdırılma

“Mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” – O qadını siz də tanıyın

Sosial

12 Aprel 2020 13:41 2122


İsmayıllı sakini Tamam Qarayeva İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən göndərilən ərzaq yardımından imtina edib.

Yenisabah.az xəbər verir ki, həyətyanı torpaq sahəsində əkinçilik və digər növ təsərrüfatla məşğul olan Tamam Qarayeva yardıma ehtiyacı olmadığını bildirib.

Onun “mənim payımı atasız 2 övlad böyüdən qonşuma verin” sözləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə iştirakçıları Qarayevanın bu davranışını təqdir ediblər pizza mizza

 İsmayıllı Rayon İcra Hakimiyyətinın başçısı Nahid Bağırov və millət vəkili Novruz Aslan T.Qarayevanın yaşadığı evə baş çəkərək, nümunəvi davranışına görə ona təşəkkür ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!