“Mənim üçün çox çətindir, hər gecə...“   - Mətanət Əsədova

saytların hazırlanması

Evə çatdırılma

“Mənim üçün çox çətindir, hər gecə...“ - Mətanət Əsədova

Şou

23 Aprel 2021 17:17 1233


"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova deyib. Azad Azərbaycan televiziyasında qonaq olan sənətçi şəxsi həyatından danışıb.

O, yalnızlıqdan gileylənib: Sezar pizza

"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi”.

M.Əsədova ailə qurmaq arzusunu da gizlətməyib:

"Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!