Tanınmış müğənni Mənzurə Musayeva başına bəla olan bayraq geyimi barədə açıqlama verib.
Yenisabah.az xəbər verir ki, müğənni o paltarı “Şuşanın dağları” mahnısına görə geyindiyini bildirib:
“Mən o paltarı geyindiyimə görə bəzi izləyicilərim məndə irad tutdular. Mən bildirmək istəyirəm o paltarı məhz “Şuşanın dağları” mahnısına görə geyinmişəm: Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı…” Pepperoni pizza
Qeyd edək ki, bir neçə gün öncə sənətçinin Azərbaycan bayrağını əks etdirən paltar geyinməsi birmənalı qarşılanmamışdı. Belə ki, onun bayrağın islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edən yaşıl rəngini şalvar olaraq geyinməsi tənqid atəşinə tutulmuşdu.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız