Mənzurə bayraq qalmaqalından DANIŞDI:   “Bilsəydim, o paltarı geyinməzdim...“

saytların hazırlanması

Evə çatdırılma

Mənzurə bayraq qalmaqalından DANIŞDI: “Bilsəydim, o paltarı geyinməzdim...“

Şou

09 Dekabr 2020 11:58 1242


Müğənni Mənzurə Musayeva başına bəla olan bayraq geyimi barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Xəbər-Ətər" verilişində qonaq olan ifaçı bu barədə danışarkən göz yaşlarını saxlaya bilməyib. 

İfaçı sözügedən paltarı geyindiyi üçün peşman olduğunu bildirib: pizza hut

"Bilsəydim bu qədər qınağa çevriləcəm, o paltarı geyinməzdim. Paltarı sevinə-sevinə geyinmişdim və özümlə qürur duyurdum. İnanırsınız ki, nə qədər ağlamışam... Mənə o paltarı geyindiyimə görə tərbiyəsiz dedilər”.

M.Musayeva geyiminə görə onu təhqir edənlərə də cavab verib:

“Məndə olan tərbiyə onların özündə yoxdur. Təki mənim kimi tərbiyəli olsunlar. Hər kəs sevinc hissini bir cür büruzə verir. Torpaqlarımız alındı deyə belə paltarı geyindim, çox xoşbəxt idim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!