“Məqsəd pik saatlarda daha çox insanın...” - Mais Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Məqsəd pik saatlarda daha çox insanın...” - Mais Ağayev

Sosial

01 Noyabr 2019 14:10 1333


“Ötən gün “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni ortada hələ konkret nəsə yoxdu sadəcə fikir olaraq söylənilib bu məsələ”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O, efirdə gediş haqqı ilə bağlı dediklərinə aydınlıq gətirib:

“Bir gün sonra bəzi KİV-i bu açqılamaya istinad edərək, guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı olacağı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub. Toyuqlu pizza

Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA yox digər müvafiq qurum tərəfindən həyata keçirilir.

Efirdə səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır.

Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!