Mərakeş kralı VI Məhəmməd ölkədəki quraqlıq və iqtisadi çətinliklər səbəbindən bu il Qurban Bayramında heyvan kəsilməməsi ilə bağlı xalqa müraciət edib. Dövlət televiziyası vasitəsilə yayımlanan mesajında kral bu ibadətin Mərakeş xalqı adından özü tərəfindən yerinə yetiriləcəyini bəyan edib.
Yenisabah.az xəbər verir ki, kralın müraciətində bildirilib ki, ölkədə mövcud olan iqlim və iqtisadi çətinliklər heyvan varlığının azalmasına səbəb olub. Belə bir vəziyyətdə qurban kəsmək imkan daxilində yerinə yetirilməsi tövsiyə olunan sünnət olsa da, hazırkı şəraitdə xüsusilə aztəminatlı ailələr üçün böyük maddi yük yarada bilər.
Buna görə də, Mərakeş kralı xalqın bu yükü daşımasının qarşısını almaq üçün qurban ibadətini onların adından özü icra edəcəyini bildirib. Kral VI Məhəmməd vurğulayıb ki, Qurban Bayramı əvvəlki illərdə olduğu kimi mənəvi əhəmiyyətini qoruyaraq qeyd ediləcək. Dominos pizza
Qeyd edək ki, Mərakeşdə qurban kəsmə ənənəsindən imtina edilməsi bundan əvvəl də üç dəfə baş verib. 1963, 1981 və 1996-cı illərdə də ölkədəki çətinliklər səbəbilə xalqdan qurban kəsməkdən çəkinməsi xahiş olunmuşdu.
Əsmətxanım Rzazadə
Telegram kanalımız