Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı, 99 DS 224 dövlət nömrəli minik avtomobili rayonun Kərimli kənd sakini, 57 yaşlı Çingiz Abdurahman oğlu Tahirovu vurub. pizza mizza
Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. APA
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız