Mərci uduzan bələdiyyə sədri Ərdoğana heykəl qoyacaq

saytların hazırlanması

Evə çatdırılma

Mərci uduzan bələdiyyə sədri Ərdoğana heykəl qoyacaq

Maraqlı

06 İyun 2023 14:12 929


Türkiyənin Bolu vilayətində prezident Rəcəb Tayyib Ərdoğana heykəl ucaldılacaq. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Bolunun bələdiyyə məclisində qərar qəbul edilib.

Belə ki, Bolunun CHP-li bələdiyyə sədri Tanju Özcan seçkidən əvvəl Kemal Kılıçdaroğlunun qələbə çalacağını deyib və Ərdoğanın buna müvəffəq ola bilməyəcəyini ifadə edib: "Ərdoğan seçilə bilsə, ona heykəl qoyacağam". Dördpendirli pizza

Seçkilərdən sonra keçirilən bələdiyyə məclisi toplantısında isə AKP və MHP təmsilçiləri Özcana iddiasını xatırladıblar.

"Heykəlini qoyacağıq, yaxşı. Biz söz vermişiksə, sözümüzdən dönmərik", - o qeyd edib.

Bələdiyyə sədri Ərdoğanın Bolu vilayətində ən çox səs topladığı bölgələrdən olan Dörtdivan rayonunda yer seçilməsi üçün yerli bələdiyyənin sədrinə müraciət edilməsini tövsiyə edib: "Orada 90 faiz səs yığıb. Gəlin, Dörtdivanın bələdiyyə sədrindən xahiş edək ki, bizə yer versin. Ən görsənən yer Koroğlu dağlarının ətəkləridir. Əslində Ərdoğanın ən çox səs yığıdığı yer Bolunun Civril rayonudur, amma ora çuxurdur. Ona görə də Dörtdivan yaxşıdır. Mən bozqurd heykəli uclatmaq istəyirdim, amma olsun".

Bundan sonra MHP təmsilçiləri Ərdoğanın heykəlinin yanına bozqurd abidəsi qoyulmasının da doğru olacağını söyləyiblər: "Bələdiyyədə büdcə problemi var, ona görə də heykəllərin ucaldılması üçün maliyyə vəsaitini MHP-nin Bolu təşkilatının sədri öz üzərinə götürəcək. Siz sadəcə sözünüzü yerinə yetirin və yer ayırın, bəsdir". 

CHP-li bələdiyyə sədri Özcan isə təklifə etiraz edib: "Biz söz vermişiksə, işi başqasına gördürmərik. Özümüz edəcəyik"./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!