Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi - Fotolar

Sosial

22 Noyabr 2019 17:31 1842


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha bir bərpa müalicə müəssisəsi - Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

"Yeni Sabah" xəbər verir ki, pansionatın açılışı tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Xəzər rayon İH başçısının müavini Vüqar Novruzov, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev və b. iştirak edib.

A.Kərimov çıxış edərək vurğulayıb ki, bu müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müasir tələblərə uyğun bərpa müalicəsi şəraitinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara, o cümlədən əliliyi olan şəxslərə  xüsusi qayğısının daha bir təzahürüdür. pizza mizza

Hazırda nazirliyin 14 bərpa-müalicə müəssisəsi  olduğunu qeyd edən nazir müavini dövlət başçısının tapşırığına uyğun olaraq  ölkəmizdə bərpa müalicəsi  infrastrukturunun müasirləşdirilməsi sahəsində aparılan işlər barədə məlumat verib.

Mərdəkan Müalicə Pansionatında əlilliyi olan şəxslərlə bərabər, müharibə veteranlarına, əmək pensiyaçılarına  da müalicə xidmətlərinin göstəriləcəyini qeyd edən nazir müavini diqqətə çatdırıb ki, müəssisədə avadanlıqlar, tibbi və reabilitasiya aparatları da yenilənib.

Qeyd olunub ki, 2 korpus, köməkçi bina, qazanxana, su anbarı, elektrik  yarımstansiyasından ibarət olan Pansionatda yenidənqrma işləri çərçivəsində çarpayı sayı da artırılıb. Hazırda 188 çarpayı sayı olan müəssisədə ildə 4500-dən çox şəxsə müalicə xidməti göstəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!