Mərdəkanda 40 min manatlıq ağacları kəsən kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Mərdəkanda 40 min manatlıq ağacları kəsən kimdir?

Kriminal

10 Avqust 2021 10:38 1822


Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Prokurorluqdan “Yeni Sabah”a daxil olan xəbərə görə, aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb. pizza mizza

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!