Mərhum Xalq artistinin bacısı Mirəliyevi məhkəməyə verir

saytların hazırlanması

Evə çatdırılma

Mərhum Xalq artistinin bacısı Mirəliyevi məhkəməyə verir

Şou

11 Dekabr 2023 13:40 654


Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva müğənni Əli Mirəliyevi məhkəməyə verir.

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bu barədə o, "O üz" verilişində deyib.

Onun sözlərinə görə, Ə.Mirəliyev 7 ildir İ.Quliyeva haqqında xoşagəlməz sözlər danışır: pizza

"İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki danışığını bilir. İlhamə həmişə belə insanlardan uzaq olub. İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub.

Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar?! İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib, Əli Mirəliyev dayanmır ki dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?!"

Qeyd edək ki, Ə. Mirəliyev İ. Quliyevanın mirasının bacılarına qalmasını tənqid edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!