Meriya REAL-ın qurultayına icazə vermədi

saytların hazırlanması

Evə çatdırılma

Meriya REAL-ın qurultayına icazə vermədi

Siyasət

17 İyun 2020 15:23 1016


Bakı Şəhər İcra Hakimiyyəti Respublikaçı Alterantiv Partiyasının (REAL) qurultayına icazə verməyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə REAL sədri İlqar Məmmədov bildirib. “Dekabrda Bakı Şəhər İcra Hakimiyyəti deyirdi ki, yer ayıra bilmərik, yoxumuzdur. İndi isə deyir xüsusi karantin rejimi var, olmaz.

6 aydan çoxdur Respublikaçı Alternativə qurultay keçirməyə imkan verilmir. Konstitusiyada və Avropa Konvensiyasında nəzərdə tutulmuş haqqımız pozulur. Karantin ya da digər səbəblər haqqımızı bu qədər məhdudlaşdırmağa heç bir əsas verməsə də. pizza hut

Hətta karantininə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazır olduğumuz müraciətimizdən aydın idi - təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək. İndi Ədliyyə nazirliyi ya da başqa dövlət qurumu ilə bu haqda qısa bir müzakirəyə başlamağa çalışacağıq”, - deyə İlqar Məmmədov bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!