Meriyanın mitinqlərlə mübarizəsi davam edir

saytların hazırlanması

Evə çatdırılma

Meriyanın mitinqlərlə mübarizəsi davam edir

Siyasət

16 May 2019 13:12 991


Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də Qarabağ mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib. 

 "Yeni Sabah" xəbər verir ki, cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. 

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır. Ona görə də mitinqlərlə bağlı müraciətlərimizi davam etdirəcəyik”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!