Bakıda, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bundan başqa, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. pizza mizza
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığına səbəb olub.
"Qeyd edilən səbəblərdən mərkəz və metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq yaranıb",- deyə məlumatda qeyd olunub.
Telegram kanalımız