Mərkəzi Bank 5 vəzifəli şəxsi cəzalandırdı 

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank 5 vəzifəli şəxsi cəzalandırdı 

İqtisadiyyat

29 Noyabr 2023 12:50 3271


Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Azkredit" ASC-nin vəzifəli şəxsi 1 500 manat, "Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, "Finoko" ASC-nin vəzifəli şəxsi 4 500 manat, "TBC Kredit" MMC-nin vəzifəli şəxsi 6 000 manat və "PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib.  Sezar pizza

"Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib", - deyə məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!