Mərkəzi Bank daha bir  vəzifəli şəxsi cərimələyib

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank daha bir vəzifəli şəxsi cərimələyib

Sosial

10 Sentyabr 2025 15:40 186


Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Yenisabah.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "SF Azerbaijan"ın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!