Mərkəzi Bank deputat Vüqar Bayramovun iddiasına aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank deputat Vüqar Bayramovun iddiasına aydınlıq gətirdi

İqtisadiyyat

13 Noyabr 2023 19:07 3615


“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda edilmiş 2023-cü il 6 iyul tarixli dəyişikliyə əsasən, Mərkəzi Banka interçeyncin tariflərinin yuxarı həddini müəyyən etmək hüququ verilib. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müvafiq hüquqdan istifadə edilərək 25 oktyabr 2023-cü il tarixli Qərarla ərzaq mağazaları və apteklər, yanacaqdoldurma məntəqələri və bir sıra digər MCC proqramlar üzrə interçeyncin yuxarı həddi aşağı salınıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.

Qeyd olunub ki, bankların “SMS” məlumatlandırma xidmətinin tarifləri üzrə etdikləri dəyişikliklərlə interçeync tariflərinin tənzimlənməsi arasında əlaqə mövcud deyil: Dördpendirli pizza

“SMS” məlumatlandırma xidməti müştərilərə aylıq əsasda təqdim olunur və bu xidmətdən istifadə seçimində müştərilər sərbəstdirlər. “SMS” məlumatlandırma üzrə banklar tərəfindən kart sahiblərinə tətbiq olunan xidmət haqları adıçəkilən xidmət üzrə bankların özlərinə təqdim olunan xidmətin dəyəri ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir”.

Mərkəzi Bankdan bildirilib ki, “SMS” məlumatlandırma xidmətinin müəyyən komissiya müqabilində təqdim olunmasına baxmayaraq, banklar tərəfindən kartlarla aparılmış əməliyyatlar haqda mobil bankçılıq həlləri vasitəsilə kart sahiblərinə real rejimdə pulsuz “push” bildirişlər göndərilir:

“Eyni zamanda, kartlarla aparılmış əməliyyatların tarixçəsinin mobil və internet bankçılıq həlləri vasitəsilə pulsuz şəkildə əldə olunması təmin olunur. Bununla da banklar öz xərclərini optimallaşdırmaqla yanaşı, müştəriləri daha çox rəqəmsal bankçılıq həllərindən istifadəyə təşviq etməklə daha səmərəli və effektiv bank xidmətlərini təqdim etməkdə maraqlıdırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!