Mərkəzi Bank: Manatın məzənnəsi möhkəmlənib 

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank: Manatın məzənnəsi möhkəmlənib 

İqtisadiyyat

16 Dekabr 2022 11:52 1485


Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil edib. Dominos pizza

Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artmışdır. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!