Mərkəzi Bank məlumat yaydı   - MÜHÜM DƏYİŞİKLİK

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank məlumat yaydı - MÜHÜM DƏYİŞİKLİK

İqtisadiyyat

26 Avqust 2022 18:14 2395


Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaş qəbulu üçün növbənin qurumun inzibati binasına gəlmədən internet səhifəsində - onlayn əldə edilməsi imkanı yaradıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar qurumun internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və yaxud randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər. Hər hansı sual yarandığı təqdirdə AMB-nin “966” Qaynar xəttinə müraciət etmək olar. pizza

Xatırladaq ki, bundan əvvəl qurum maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil edib, inzibati binasındakı qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradıb və hazırda istifadə olunmaqdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!