Mərkəzi Bankdan 3 şirkətlə bağlı -   SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankdan 3 şirkətlə bağlı - SƏRƏNCAM

İqtisadiyyat

19 Noyabr 2025 16:50 728


Azərbaycan Mərkəzi Bankı tərəfindən sentyabr ayı ərzində aparılan nəzarət tədbirləri çərçivəsində üç hüquqi şəxs sığorta agentinə “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə uyğun olaraq icrası məcburi göstəriş verilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, “Azərbaycan Geologiyası” MMC, “Az İnvest Group” MMC və “İNS Consulting” MMC-də aparılmış yoxlamalar nəticəsində qanunvericiliyin tələblərinə əməl olunmadığı müəyyən edilib. Bu səbəbdən hər üç sığorta agentinə Mərkəzi Bank tərəfindən icrası məcburi sərəncamlar təqdim olunub. pizza mizza

Mərkəzi Bank bildirir ki, qəbul edilmiş qərarlar sığorta sektorunda şəffaflığın təmin edilməsi, hüquqi çərçivəyə riayət olunması və bazar iştirakçılarının fəaliyyətində risklərin qarşısının alınması məqsədi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!