Mərkəzi Bankdan Naxçıvanla bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankdan Naxçıvanla bağlı AÇIQLAMA

İqtisadiyyat

07 Dekabr 2022 16:30 16699


Naxçıvanda filial açmaq istəyən bank olarsa onların müraciətinə baxılacaq.

“Yeni Sabah” xəbər verir ki, Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Mərkəzi Bankdan qeyd ediblər ki, “Banklar haqqında” qanuna əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Bankın filialının açılmasına icazənin verilməsi Bankın səlahiyyətli orqanının qərarı və müraciəti əsasında həyata keçirilir. pizza hut

"Bu il noyabr ayının sonuna Naxçıvan Muxtar Respublikasında 7 bankın 18 filialı, 1 şöbəsi və 2 mübadilə şöbəsi fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazisində 2 bank olmayan kredit təşkilatının filialı fəaliyyət göstərir (“Aqrarkredit” QSC BOKT və MM “FİNCA Azərbaycan” Qeyri-bank kredit təşkilatı). 2022-ci ildə 2 yeni bank filialı açılıb. Müraciət olunarsa qanunvericiliyə uyğun olaraq baxılacaq",- deyə AMB-dən əlavə ediblər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev "APA-Economics"ə açıqlamasında Naxçıvanda yeni bank filiallarının artmasının səbəbini bölgələrdə iqtisadi aktivliklə əlaqələndirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!