Mərkəzi Bankdan xəbərdarlıq - Bu şəxslərdən zəng gəlsə...

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankdan xəbərdarlıq - Bu şəxslərdən zəng gəlsə...

İqtisadiyyat

19 Oktyabr 2022 10:19 3248


Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın "qaynar xətti"nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir: "Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər".

Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!