Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edildi

Dünya

26 Sentyabr 2021 23:54 873


ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Yahoo News” portalı adı açıqlanmayan keçmiş məmurlara və əks kəşfiyyatla məşğul olan şəxslərə istinadən məlumat yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin Assanjı qaçırmaq planı, belə bir əməliyyatın qanuniliyi və praktikliyi ABŞ-ın o zamankı prezidenti Donald Trampın administrasiyasında qızğın müzakirələrə səbəb olub. Dördpendirli pizza

Qeyd olunub ki, Assanjın oğurlanması və ya qətlə yetirilməsi bağlı müzakirələr idarədə ən yüksək səviyyədə aparılıb.

Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!