Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Neftçilər Xəstəxanasında böyük növbə

Sosial

24 Sentyabr 2025 10:25 2628


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemi çökdüyü üçün Mərkəzi Neftçilər Xəstəxanasında ajiotaj yaşanır.

Yenisabah.az xəbər verir ki, sistem çökdüyündən xəstəxanalarda böyük növbələr yaranıb. Xəstələri qeydiyyata almaq üçün problem davam edir. Dövlət xəstəxana və poliklinikalarında bütün işlər elektronlaşdırıldığından hazırda heç bir iş aparmaq mümkün deyil.

Növbəyə düşmək, analiz vermək, analizin cavabını götürmək, qəbula yazılmaq qeydiyyata düşməkdə çətinlik yaşandığı üçün hazırda xəstəxanada sıxlıq müşahidə olunur. Dominos pizza

 Qeyd edək ki, TƏBİB-in sistemi ilk dəfə deyil ki, çöküb. Xəstəxana işçiləri bu kimi halların tez-tez yaşandığını bildirirlər. 

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!