“Mersedes“ ağaca çırpıldı: ölən var

saytların hazırlanması

Evə çatdırılma

“Mersedes“ ağaca çırpıldı: ölən var

Hadisə

10 Yanvar 2024 12:45 432


Lənkəranda avtomobil ağaca çırpılıb. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib. 

Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.  Pepperoni pizza

Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!